Azərbaycan klubu UEFA Kubokunda növbəti məğlubiyyətini aldı
22 oktyabr 2014 16:10
Azərbaycanın "Çağırğan" futbol klubu bu gün UEFA Regionlar Kubokunda növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimizin bu dəfəki rəqibi Latviya təmsilçisi RTU klubu olub.
Azərbaycan futbolçuları bu görüşdən də məğlub ayrılıblar - 0:1.
Xatırladaq ki, millimiz ilk oyununda Xorvatiyanın "Zaqreb regionu" klubuna uduzmuşdu.
"Çağırğan" qrupdakı son oyununu İsveç "Vesterqetland"ına qarşı keçirəcək.