Abışov: Sumqayıtla oyuna qədər tam hazır olacağıma əmin deyiləm
22 oktyabr 2014 16:20
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov zədəsini tam sağaldıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
"Ötən gün məşqlərə başladım. Özümü yaxşı hiss edirəm. "Sumqayıt"la oyuna qədər tam hazır olacağıma əmin deyiləm. Amma baş məşqçi məni meydana buraxmaq istəsə, komandama kömək etməyə hazıram".