"Qırmızı vərəqə almasaydıq, oyunda qələbə qazana bilərdik"
22 oktyabr 2014 17:10
Azərbaycan Kubokunun 1/16 final mərhələsində “Qaradağ Lökbatan” “Zirə”ni 1:0 hesabı ilə məğlub etdi. Azerisport.az xəbər verir ki, məğlub olan “Zirə”nin baş məşqçisi Bəhram Şahquliyev oyundan sonra bunları söyləyib:
“Biz yeni komandayıq. Oyundan oyuna daha da inkişaf etmək istəyirik. Oyun yaxşı alındı. Məğlubiyyətə baxmayaraq, mən futbolçulardan razı qaldım. Hakimlik barədə danışmaq istəmirəm. Bu barədə Hakimlər Komitəsi qərar verə bilər. Biz ikinci hissədə rəqibdən daha üstün idik. Düşünürəm ki, Vüqar Əsgərovun yerdə qaldığı epizodda lehimizə penalti verə bilərdi. Əgər qırmızı vərəqə almasaydıq, oyunda qələbə qazana bilərdik. Bütün bunlara baxmayaraq, “Qaradağ Lökbatan”ı təbrik edirəm. İnşallah, kuboku qazansınlar”.