Miron Markeviç: Qarabağla iki oyun çox şeyə aydınlıq gətirəcək
Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az sizi həmin tədbirdən reportajla tanış edir.
- Sabah hücumda Seleznyova şans verəcəksiz, ya Kaliniçə?
- Sizə bütün heyəti açıqlayım? Burada Azərbaycandan kimsə var?
- Xeyr, bir ukraynalıdı...
- Mən hələ kimi oynadacağımı bilmirəm. Son dövrlər həm Seleznyov qol vurur, həm də Kaliniç yaxşı formadadı. Düşünürük hələ.
- Bəs Roman Zozulya?
- Mümkündü ki, o, "Volın"a qarşı kubok oyununda meydana çıxsın.
- "Dnepr"in futbolçuları "Qarabağ"ın keyfiyyətli rəqib olduğunu deyirlər. Yəqin ki, rəqibi analiz etmisiz.
- Bu komanda "Sent-Etyen"lə bərabər səviyyədə oyun sərgiləmişdi. Qol vəziyyətləri olsa da, yararlana bilmədi. Hücumda yaxşı davranırlar, amma hər komandanın zəif cəhətləri var. Biz də bundan yararlanmağa çalışacağıq.
- "Qarabağ"la oyunlar həlledici ola bilər?
- Bəli, razıyam. Qarşıdakı iki oyun çox şeyə aydınlıq gətirəcək.