Elxan Məmmədova FİFA-nın döş nişanı təqdim olundu
23 oktyabr 2014 11:20
İsveçrənin Sürix şəhərindəki FİFA-nın mənzil qərargahında FAIR PLAY və Sosial Məsuliyyət Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi, adıçəkilən komitənin üzvü kimi Elxan Məmmədov tədbirdə ilk dəfə olaraq iştirak edib.
Ali futbol qurumunun prosedur qaydalarına uyğun olaraq yeni komitə üzvlərinə FİFA prezidenti tərəfindən döş nişanı təqdim olunub. Tədbirdə FİFA-nın İcraiyyə Komitəsinin üzvü Şeyx Əli iştirak edib. (AFFA)