Vəli Qasımov: Qarabağın qələbəsinə inanıram
23 oktyabr 2014 14:20
Futbol üzrə Azərbaycan yığmasının sabiq futbolçusu Vəli Qasımov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Gözlədiyim oyundu. "Qarabağ" bu oyunda nəyə qadir olduğunu göstərməlidi. Qələbəyə ümid edirəm. Amma bunu həyata keçirmək çətin olacaq. Çünki "Dnepr" ciddi rəqibdi. Ukrayna təmsilçisi komandamızı təzyiq altında saxlamağa çalışacaq. Amma "Qarabağ" lider oyunçularının sayəsində onlara müqavimət göstərə bilər. Qurban Qurbanovun yetirmələrindən gözəl oyun gözləyirəm".