Qarabağın rəqibləri sülh bağladı, təmsilçimiz qrup ikincisi oldu
Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ"ın səfərdə Ukrayna "Dnepr"i ilə qarşılaşdığı gündə qrupun digər görüşü "İnter"lə "Sent-Etyen" arasında keçirilib.
Fransa təmsilçisi italyanların qələbə seriyasını qırmaq istəyindəydi. Çünki əks halda "Sent-Etyen" üçün "İnter"i qabaqlamaq çətin olacaqdı. Fransızların bu istəyi baş tutub. Qarşılaşmada qol vurulmayınca, tərəflər hərəyə bir xal qazanıblar. Amma bu heç-heçə səfərdə Ukrayna "Dnepr"inə minimal hesabla qalib gələn "Qarabağ"ın işinə daha çox yarayıb. Belə ki, qazanılan 3 xal sayəsində Qurban Qurbanovun komandası F qrupunda ikinci pilləyə yüksəlib.
Avropa Liqası
F qrupu
23 oktyabr
İnter - Sent-Etyen - 0:0
Milan. "Cüzeppe Meatsa".
1 | İnter | 3 | 2 | 1 | 0 | 3 | 0 | +3 | 7 |
2 | Qarabağ | 3 | 1 | 1 | 1 | 1 | 2 | –1 | 4 |
3 | Sent-Etyen | 3 | 0 | 3 | 0 | 0 | 0 | 0 | 3 |
4 | Dnepr | 3 | 0 | 1 | 2 | 0 | 2 | –2 | 1 |