Əhmədovla Hacıyev İsveçrəyə çağırıldı
24 oktyabr 2014 11:00
İsveçrənin Nion şəhərində UEFA tərəfindən "UEFA Coach Education: Student Exchange" proqramın çərçivəsində seminar keçirilib. Azerisport.az xəbər verir ki, seminarda UEFA-nın dəvəti ilə AFFA tərəfindən UEFA Pro kateqoriyalı lisenziya kurslarında iştirak edən məşqçilər də qatılıblar.
Seminarda iştirak edən məşqçiləri nəzərinizə çatdırırıq:
Novruz Əzimov, Tərlan Əhmədov, Böyükağa Hacıyev, Bəhmən Həsənov, Etibar İbrahimov, Fatih Kavlak, Aslan Kərimov, Adil Şükürov, Elşad Quliyev, Daryl Villard
Murad Yoldaş, Azər Bağırov. (AFFA)