Muarem: Şadıq ki, Dneprə səfərdə qalib gəldik
24 oktyabr 2014 12:10
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Muarem Muarem Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Maraqlı oyun alındı. Həm də çox ağır görüş keçirdik. Lakin şadıq ki, qələbə qazandıq. Qələbəni rəqib meydanında qazanmağımız sevinci bir qədər də artırır. Bütün azərbaycanlı və "Qarabağ"lı azarkeşləri təbrik edirəm".