İnter Neftçi ilə matçın favoritidi
24 oktyabr 2014 13:10
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bütün komandaların qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” bu turun mərkəzi oyununda "İnter"i "Neftçi" ilə qarşılaşmanın favoriti hesab edir. "Qarabağ" "Xəzər Lənkəran"la, "Qəbələ" də "Sumqayıt" ilə oyunun favoritidi.
Baş tutacaq oyunların əmsalları ilə aşağıda tanış ola bilərsiz:
Topaz Premyer Liqası
9-cu tur
Qəbələ - Sumqayıt (1.40 – 3.60 – 6.20)
AZAL - Bakı (2.10 – 3.10 – 2.85)
Simurq - Araz Naxçıvan (1.55 – 3.40 – 4.70)
Neftçi - İnter (2.45 – 3.20 – 2.30)
Qarabağ - Xəzər Lənkəran (1.50 – 3.60 – 4.80)