UEFA Aqollinin komandasını cəzalandırdı
24 oktyabr 2014 13:50
UEFA AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Serbiya və Albaniya yığmaları arasındakı qalmaqallı oyunla bağlı yekun qərarını açıqlayıb. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu Albaniyaya texniki məğlubiyyət verib.
UEFA eyni zamanda hər iki tərəfə 100 min avro məbləğində cərimə kəsib. Bundan əlavə Serbiya qarşıdakı iki seçmə mərhələ oyununda rəqiblərini boş tribunalar qarşısında qəbul etməlidi.
Qeyd edək ki, bu qalmaqallı oyunda "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də Albaniya yığmasının heyətində meydanda olmuşdu.