Fariz Nəcəfov: Qəbələ indi daha yaxşı oynamağa başlayıb
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun azerisport.az saytına müsahibəsi
- 8 turdan sonra "Qəbələ" 11 xalla altıncı yerdə gedir. Bu nəticə sizi qane edir?
- Komanda sakit qələbə qazanmalı olduğu oyunlarda xallar itirdi. Nəzərə alsaq ki, geridə cəmi 8 tur qalıb, həmin xal itkilərinin özünü göstərməsi təəccüblü deyil. Amma müşahidə edirik ki, komanda turdan-tura daha yaxşı oynamağa başlayıb. Əlbəttə, istərdik ki, futbolçularımız bu prosesi daha da sürətləndirsin.
- "Qarabağ"a son məğlubiyyət haqda nə deyə bilərsiz?
- Düzdü, mövqe səhvlərimiz oldu. Amma bütövlükdə biz indi daha yaxşı oynamağa başlamışıq.
- Amma komanda Yuri Syominin dövründəki kimi çıxış edə bilmir. Bununla razısız?
- Şübhəsiz. Amma ötən mövsüm bəzi futbolçularımızın fərdi ustalığı sayəsində də nəticələr qazanırdıq. İndi isə daha çox komanda oyununun şahidi oluruq ki, bu da çox vacibdi. Bizə isə sabit komanda lazımdı.
- Dorinel Muntyanu ilə söhbətiniz olub?
- Hələ belə bir danışıq üçün səbəb yoxdu. O, komandaya yeni gəlib. Komandanı yenidən formalaşdırır. Komanda oyun planında artırmasaydı, təbii ki, belə bir söhbətimiz olardı.
- Deməli, Muntyanunun mövqeyi güclüdü?
- Biz vəziyyəti real qiymətləndiririk. O, Azərbaycan futbolunda yenidi. Xarakterli məşqçidi və bu, bizə çox lazımdı.
- Bəs "Qəbələ" mövsümün sonunda avrokuboklara vəsiqə qazanmasa necə olacaq?
- Hələ bu barədə danışmaq tezdi (gülür). Ümid edirik ki, minimum vəzifənin öhdəsindən gələ biləcək. Uğursuz nəticə olacağı halda da klub prezidentinin ən düzgün qərarı verəcəyinə əminik.