Azərbaycan çempionu son oyununda da darmadağın oldu
24 oktyabr 2014 16:00
Azərbaycan çempionu "Çağırğan" UEFA Regionlar Kubokunda üçüncü oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz qrup mərhələsi çərçivəsindəki son görüşündə İsveçin "Vasterqetland" klubu ilə qarşılaşıb.
Azərbaycan klubu bu görüşdə də məğlubiyyətlə üzləşib - 4:8.
Qeyd edək ki, "Çağırğan" bundan öncə Xorvatiyanın "Zaqreb Regionu" komandasına 1:7, Latviyanın RTU komandasına isə 0:1 hesabıyla uduzmuşdu.
ZR - 7 xal, RTU - 6, Vasterqetland - 4, Çağırğan - 0.