Sumqayıt Neftçinin hücumçusu ilə güclənmək istəyir
25 oktyabr 2014 00:40
"Sumqayıt" bu qış heyətini daha bir hücumçu ilə gücləndirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi "Neftçala"nın gənc forvardı Məhəmməd Bədəlbəyliyə göz dikib.
Qeyd edək ki, bu futbolçu "Neftçi"nin yetirməsidi. Tərəflər arasında danışıqlar müsbət yekunlaşsa, Bədəlbəylinin mövsümün qalan hissəsində "Sumqayıt"ın uğurları üçün çalışması istisna olunmur.