Araz Naxçıvanda şok qərarlar
Topaz Premyer Liqasının son turunda “Simurq”a böyükhesabla məğlub olan (0:4) “Araz Naxçıvan”da daxili iclas keçirilib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi, başda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov olmaqla məşqçilər və futbolçularla görüş təşkil edilib.
İclasda çıxış edən Azad Cabbarov ilk olaraq komandanın son 7 turda qələbə qazana bilməməsinin səbəblərini məşqçilər korpusu ilə müzakirə edib. Eyni zamanda görüşdə futbolçuların fərdi, həmçinin kollektiv səviyyələrinin aşağı olduğu diqqətə çatdırılıb və məşqçilərin qarşısına şərt qoyulub. Klubun icraçı direktoru başda olmaqla, digər işçilərə də ciddi xəbərdarlıq edilib. Komanda ümumi şəkildə cərimələnib və bir neçə futbolçunun göndərilməsinə qərar verilib. Növbəti turlarda komanda bu nəticəni davam etdirəcəyi təqdirdə isə daha ciddi addımlar atılacağı bildirilib. (klub saytı)