Uqo Fariya: Qarabağın büdcəsi bizimkindən 10 dəfə çoxdu
28 oktyabr 2014 00:10
Malta "Valletta"sının futbolçusu Uqo Fariya yerli mətbuata maraqlı açıqlamalar verib. Azerisport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsində qarşılaşdıqları "Qarabağ"la bağlı fikirlərini açıqlayıb.
"Çempionlar Liqasının seçmə mərhələsində "Qarabağ"la qarşılaşdıq. Həmin oyunda mən də iştirak etmişdim. Evdə 0:1, səfərdə 0:4 hesabı ilə uduzduq. Onlara qarşı əlavə nəsə etmək çox çətin idi. Onların büdcəsi bizimkindən 10 dəfə çoxdu".