Əfran İsmayılov: XL uşaq səhvləri buraxır
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi
- "Xəzər Lənkəran"ın sabit çıxış etməsinə nə mane olur?
- Özüm də bilmirəm. Tam gücümüzlə məşq edirik, baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Amma hərdən elə uşaq səhvləri buraxırıq ki, onu anlamaq olmur.
- "Sumqayıt"la oyundan nə gözləyirsiz?
- Çox çətin oyun olacaq. Bu komanda hazırda çox yaxşı formadadı.
- "Qarabağ"a son məğlubiyyəti necə şərh edərdiz?
- Birinci hissədə üç kobud səhv buraxdıq və nəticədə qapımızda qollar gördük. İkinci hissədə toparlansaq, iki qol vursaq da, məğlubiyyətdən yaxa qurtara bilmədik.
- Bəs üçüncü qolu vurmağınıza nə mane oldu?
- Sadəcə, ələ düşən fürsətlərdən lazımınca yararlana bilmədik.
- Oğuz Çətin fasilədə sizə nə dedi?
- Bildirdi ki, "Qarabağ" bir hissəyə bizə üç qol vura bilirsə, biz niyə onlara 3 qol vurmamalıyıq?
- Keçmiş komandanızla oyunda hansısa xüsusi nəsə hiss etmədiz?
- Xeyr, "Qarabağ"la oyuna da digər görüşlərdəki kimi çıxdım.
- Hazırda Avropa Liqasının qrup mərhələsində çıxış edən komandanın heyətində olmadığınıza görə peşman deyilsiz?
- Təəssüflənəsi bir şey yoxdu. "Qarabağ"ın çıxışını izləyirəm. Onlara ancaq uğur arzulaya bilərəm.