Jaba: Bizim futbolçular 300-400 manat, rəqibin üzvləri isə 600-700 min üçün oynayır
29 oktyabr 2014 17:55
"Bakı"nın hücumçusu Jaba Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz bu oyundan xalla ayrıla bilərdik. Sadəcə, təcrübə çatmadı. Bizim futbolçular 300-400 manat, rəqibin üzvləri isə 600-700 min üçün oynayır. Bütün gücümüzü meydanda qoyduq. Bu oyunda yan xətt hakimlərinin niyə bu qədər səhv etdiyini başa düşmədim".