Fotoreportaj|Video|На русском

Futbol

Mirbağır İsayev: AFFA ilə müqaviləmin müddəti başa çatıb

30 oktyabr 2014 16:40

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev AFFA-nın saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Avropa çempionatının ilkin seçmə mərhələsi ilə bağlı təəssüratlarınız necədi?
- Komandamızın Avropa çempionatının elit-raunduna vəsiqə qazanmasına görə, ilk növbədə, Allaha şükr edirəm. Komandanın formalaşmasına, eləcə də mütəmadi təlim-məşq toplanışlarının təşkilinə şərait yaratdığına görə AFFA-nın rəhbərliyinə təşəkkürümü bildirirəm. Ötən ilin bu vaxtlarında işə başlayarkən AFFA-nın Texniki direktoru Bernhard Lippert sual verdi ki, U-17 elit-raunda yüksələ biləcəkmi? Cavab verdim ki, 95 faiz. Baş katiblə də bu haqda söhbətimiz oldu. Hər işin başlanğıcında ən vacib məsələ inamdır. Bizə yaradılan şəraitin qarşılığını verməli idik. Şükürlər olsun ki, Avropa çempionatının ilkin seçmə mərhələsindən üzüağ çıxdıq. Bu da ilk növbədə futbolçularda xarakterin olması sayəsində baş verdi. Uşaqlar meydanın hər qarışı uğrunda mübarizə apardılar.
 
- Keçirdiyiniz hər 3 oyunu şərh edə bilərsinizmi?
- İlk oyunda Belçika yığmasına böyük hesabla məğlub olduq. Atletik baxımdan çox güclü idilər. Futbolçularının əksəriyyəti İngiltərə, Almaniya, Hollandiya çempionatında çıxış edirlər. Bizim komandanın üzvlərinin isə əksəriyyəti aşağıyaşlı futbolçular arasında təşkil edilən liqalarımızda oynayırlar. Həmin uşaqlar xarakter nümayiş etdirdilər. İlk böyükhesablı məğlubiyyətdən sonra toparlanmağı bacardılar. İsveçrə ilə matçın gedişində hesabda geri düşsək də, 2 qol vurub qələbə qazandıq. Son oyunda Bosniya və Herseqovina yığması ilə qarşılaşdıq. Oyundan əvvəl hər iki komandanın xalı, vurulan və buraxılan topları, sarı vərələrinin sayı kimi bir çox göstəricilərdə bərabərlik vardı. Uşaqları psixoloji cəhətdən yaxşı hazırlamaq vacib idi. Hesabda yenə geri düşsək də, komanda xarakter nümayiş etdirdi və fasiləyə qədər bərabərliyi təmin etdi. Sonda isə penalti seriyası təyin olundu. Düzdür, ikinci zərbədən sonra üstünlük tərəfimizdə idi. Çünki rəqib bir penaltidən yararlana bilməmişdi. Ancaq penalti seriyası lotereyadır. Əsas odur ki, U-17 növbəti mərhələyə yüksəldi. Bu, futbolçularımızın əziyyətinin bəhrəsidir. 6 il idi bu nəticəni gözləyirdik.
 
- Futbolçular təxminən 10 ay sizin rəhbərliyinin altında toplanışlarda oldular, yoxlama matçlarına çıxdılar. Rəsmi görüşlərdə onlardan istədiyinizi oyunu, mübarizliyi ala bildinizmi?
- Turnirə böyük itkilərlə getmişdik, 7-8 futbolçumuz yox idi. Zədə və digər səbəblərdən Ziya Əzizov, Emin Əliyev, Murtuz Abakarov, Səid İbadov, David Dadaşov, Ziya Mirzəyev bizə qoşula bilmədilər. Bu qədər futbolçunun yoxluğu böyük itki idi. Ancaq sevindirici haldır ki, seçim imkanımız vardı. Bunu da təbii ki, məşqçilər korpusu yaratmışdı. Çünki məşqçi çempionat oyunlarını izləyir və elə yoxlama oyunları təşkil edir ki, futbolçuları tam yoxlaya bilsin.  Seçmə mərhələdə heç-heçə etdiyimiz Bosniya və Herseqovina yığmasına başqa bir turnirdə 0:5 hesabı ilə uduzmuşduq. Ancaq həmin oyunda biz Hacıağa Hacıyevi qazandıq və bu gün o, komandanın kapitanıdır. Əziyyətinin, zəhmətinin hesabına buna nail oldu. Hazırda bizdə U-17-nin A və B olmaqla 2 heyəti var.
 
- Maraqlıdır ki, İsveçrə yığması ilə matçdan sonra niyə məhz qapıçının adını çəkdiniz?
- Çünki o, tapıntı idi. Bakıdakı və Xorvatiyadakı son toplanışlarda bütün qapıçıları yoxladıq. Bəziləri zədən səbəbindən komandaya qoşula bilmədilər.
 
- Heyətdə yer alanların əksəriyyəti AFFA-nın təşkil elədiyi liqalarda çıxış edən futbolçulardır. Sizcə, bu seçim həmin liqalardakı futbolçuları stimullaşdıracaqmı?
- Yalnız Kazım Birkan Türkiyədə, Ruslan Bediyev isə Gürcüstanda çıxış edir. Qalanları öz klublarımızda oynayırlar. Bu onu göstərir ki, material var, sadəcə, işləmək lazımdır. Nizam-intizam ön planda olmalıdır. Seçmə mərhələyə qədər 10 ayda ərzindəki oyunların nəticələrinə gəldikdə vacib deyildi. Çünki seçim aparırdıq. Əsas rəsmi oyunlardır. Qaldı ki stimula, bunu klublarda yaratmaq lazımdır.  Bir faktı da deyim, 2 futbolçumuzu xarici klublar istəyirdilər. Sadəcə, onların xarici dil bilməməsi bu keçidin baş tutmasına mane oldu. Çünki ünsiyyət qurmaq üçün bu vacibdir.
 
- Elit-raunda hazırlıqla bağlı planınız hazırdırmı?
- Bir məsələni vurğulayım ki, əgər mərhələ adlamasaydıq, istefa verəcəkdim. Planlarla bağlı isə hələ danışmaq tezdir. Çünki müqaviləmin müddəti başa çatıb. Təklif olsa, danışacağıq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah