Dneprin braziliyalısı sıraya döndü
30 oktyabr 2014 18:55
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Dnepr" şad xəbər alıb. Azerisport.az xəbər verir ki, uzun müddətdi zədə səbəbindən komandasına kömək edə bilməyən Ukrayna təmsilçisinin hücumçusu Mateus artıq sağalıb.
Müalicəsi uğurlu keçən 31 yaşlı braziliyalı klubun bazasında məşqlərə başlayıb. O, hələlik fiziki məşqçi nəzarətində fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, Ağdam klubu ilk oyunda səfərdə "Dnepr"i 1:0 hesabı ilə məğlub edib. Bu komandalar arasındakı növbəti görüş noyabrın 6-da Bakıda keçiriləcək.