Millimiz Rusiya yığmasına uduzdu
31 oktyabr 2014 11:15
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Rusiya yığması ilə qarşılaşan millimiz 3:4 hesabı ilə məğlub olub.
Futbolçularımızdan Sabir Allahquliyev dubl edib. Bir dəfə isə Ramil Əliyev fərqlənib. (AFFA)