Mahmud Qurbanov: Yeni baş məşqçiyə bütün məlumatları təqdim etməyə hazıram
31 oktyabr 2014 12:30
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçi əvəzi Mahmud Qurbanov sözügedən posta xorvatiyalı Robert Prosineçkinin gətiriləcəyi barədə xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən hər şeyə real baxıram. Hazırda millinin məşqçisiyəm. AFFA istənilən halda nə vaxtsa yığmamıza baş məşqçi gətirəcək. Mən isə sadəcə, ona kömək edə bilərəm. AFFA rəhbərliyi yığmanı Norveçlə oyuna mənim çıxarmağımı istəsə, edəcəm. Həmin vaxta qədər baş məşqçi təyin olunsa, yığmanı oyuna o çıxarsa, əlimdəki bütün məlumatları təqdim etməyə hazıram".