Əmircanov Bakıya qarşı oynamayacaq
31 oktyabr 2014 13:15
"Qəbələ"nin müdafiəçisi Ruslan Əmircanov hələ də zədədən əziyyət çəkir. Azerisport.az xəbər verir ki, hazırda zədəsini sağaltmaqla məşğul olan futbolçu fərdi məşqlərlə kifayətlənir.
Bu üzdən də o, Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Bakı"ya qarşı forma geyə bilməyəcək.