Qarabağın rəqibindən yeni müqavilə
31 oktyabr 2014 13:45
Fransanın "Sent-Etyen" klubu qapıçısı Jessi Mulenlə yeni müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, 28 yaşlı futbolçu yeni anlaşmaya əsasən 2018-ci ilədək bu klubun şərəfini qoruyacaq.
Qeyd edək ki, "Sent-Etyen" Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibidi.