Nikola Kaliniç: Pis ənənəyə Azərbaycanda son qoymalıyıq
Ukraynanın "Dnepr" klubunun hücumçusu Nikola Kaliniç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri növbəti oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Avroliqada niyə qol vura bilmirik? Düzünü deyim ki, bu suala cavabım yoxdu. Sadəcə, alınmır. Başqa nə edə bilərik? Əslində, çempionat oyunlarında olduğu kimi, Avroliqada da qol vəziyyətləri yaradırıq. Sadəcə, top qapıya getmək istəmir. Ümid edirəm ki, bu pis ənənəyə Azərbaycandakı oyunda son qoya biləcəyik. "Qarabağ" "İnter" olmasa da, bu komanda da yaxşı rəqibdi. Taktiki cəhətdən səliqəli komandadı. Heyətlərində milli komandalarda çıxış edən futbolçular var. İlk oyuna hazırlaşarkən "Sent-Etyen"ə qarşı necə oynadıqlarına baxmışdıq. Onların qol vəziyyətləri rəqibdən az deyildi. Bilirdik ki, bu komanda ilə görüşümüz asan olmayacaq. Nə çatmadı? Prinsipcə, bərabər səviyyəli oyun keçdi. Onlar qol vurduqdan sonra müdafiəyə çəkildilər, boş zonaları bağladılar. Belə müdafiə xəttini yarmaq bizim üçün çətin idi. "Qarabağ"ın yaxşı səviyyədə komanda olması yüz faizdi".