"Prosineçkinin Foqtsdan min dəfə yaxşı olacağına inanıram"
31 oktyabr 2014 14:10
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Vəli Qasımov millimizin xorvatiyalı mütəxəssis Ropert Prosineçkiyə tapşırılacağı barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən İspaniyada oynayanda Prosineçki də orada idi. O, futbolçu kimi çox güclü olub. Amma məşqçi kimi heç nə deyə bilmərəm. İstənilən halda Foqtsdan min dəfə yaxşı olacağına inanıram".