Kalmarın üzvü Azərbaycan yığmasından dəvət gözləyir
31 oktyabr 2014 18:30
İsveçin "Kalmar" klubunun müdafiəçisi Emin Nuri Azərbaycan yığmasına dəvət gözləyir. Azerisport.az xəbər verir ki, o, ilk dəfə bu yay yığmamızın sabiq baş məşqçisi Berti Foqts tərəfindən əsas komandamıza dəvət almışdı.
Almaniyalı mütəxəssis artıq istefa versə də, Emin hələ də yığmamıza yenidən dəvət alacağına ümidlidi. Bir müddət öncə zədəsini də sağaldan futbolçu yeni məşqçinin ona da dəvət göndərəcəyinə inanır.
Qeyd edək ki, Nuri yığmamızda debüt matçını Özbəkistana qarşı yoxlama görüşündə keçirib.