Marko Tardelli: Azərbaycan millisinin böyük potensialı var
İtaliyalı futbol mütəxəssisi Marko Tardellinin azerisport.az saytına müsahibəsi
- Azərbaycan futbol federasiyasından sizə müraciət edən olub?
- Xeyr. Azərbaycandan mənə heç bir təklif gəlməyib.
- Amma İtaliya mətbuatı AFFA-nın sizə 3 illik müqavilə təklif etdiyini yazır...
- Mən bu haqda heç nə bilmirəm. Mənə belə bir təklif gəlsəydi, fəxr edər və sevinərdim.
- Niyə?
- Çünki Azərbaycan yığmasından yaxşı və rəqabətədavamlı komanda yaratmağın mümkünlüyünə əminəm.
- Azərbaycan yığmasını iş başında görmüsüz?
- Bəli. Bir ay öncə Palermoda İtaliya yığmasına qarşı oyununuzu gördüm. Sizin oyunçuların çıxışı xoşuma gəldi. Onlar sonadək vuruşdular, qol vəziyyətləri də yaratdılar.
- Kyellini olmasaydı, matç heç-heçə bitə bilərdi?
- Bəli. Amma unutmayın ki, o, həm də Azərbaycan yığması üçün çalışdı (gülür).
- Yəni siz Azərbaycanda işləmək istəyirsiz?
- Məmnuniyyətlə. Mənə elə gəlir ki, Azərbaycan yığmasının böyük potensialı var. Ən azından Palermodakı oyuna əsasən belə demək mümkündü.
- Bəs sizin Yunanıstan yığmasını çalışdırmağa yaxın olduğunuz barədə xəbərlər nə dərəcədə doğrudu?
- Yunanların mənimlə maraqlandığını bilirəm. Amma bütün bu məsələlərlə menecerim məşğul olur.