Tyeqo de Xesus: Neftçi ilə oyundan danışmaq istəmirəm
"Xəzər Lənkəran"ın müdafiəçisi Tyeqo de Xesusun azerisport.az saytına müsahibəsi
- "İnter"lə oyuna hazırlıq necə gedir?
- Yaxşı hazırlıq prosesi keçirdik. Bilirik ki, "İnter" bizim üçün təhlükəli rəqibdi. Amma ən azı ilk üçlükdə yer almaq üçün onlara qalib gəlməyə borcluyuq. Asan olmayacaq. Lakin son dövrlər yaxşı sürət yığmışıq. Uğurlu seriyanı davam etdirməliyik.
- AÇ-2016-nın oyunlarına görə yaranan fasilə sizi bezdirmədi?
- Hərdən belə fasilələr həm də faydalı olur. Amma son fasilə çox uzun çəkdi. Bu, mənfi təsirini də göstərə bilər. Çünki fasilə öncəsi uğurlu çıxış edirdik.
- İlk dövrədə məğlub etdiyiniz "İnter"ə yenə eyni aqibəti yaşada biləcəksiz?
- Rəqib artıq bir neçə turdu qol vura, qələbə qazana bilmir. Ümid edirəm ki, onlar daha bir dözə biləcəklər və qol vurmayacaqlar.
- "İnter"lə oyundan sonra sizi "Neftçi" ilə "Böyük oyun" gözləyir...
- Bizi hazırda "İnter"lə daha vacib oyun gözləyir. Bu üzdən də növbəti oyun haqda düşünmək və danışmaq istəmirəm.
- "Neftçi" ilə Lənkəranda oynamalı olsaz da, Bakıda keçiriləcək. Bu, sizi narahat etmir?
- Əlbəttə, mənfi haldı. Əminəm ki, öz meydanımızda tam fərqli atmosfer olardı. Amma stadiondakı təmir işlərinə görə paytaxtda oynamağa məcburuq.