Fotoreportaj|Video|На русском

Futbol

"Neftçiyə qarşı oynayacağım heç ağlımdan keçmirdi"

22 noyabr 2014 12:30

Topaz Premyer Liqasının 12-сш turunda "Simurq" üçün tarixində daha bir ilk yaşandı. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun yetirməsi Kənan Müslümov bu qarşılaşmada əsas heyətdə debüt etdi. O, bununula əlaqədar klub saytına müsahibə verib.

- Kənan, bu mövsüm əvəzedici heyətdən əsas komandaya cəlb olunan futbolçulardan biri də sən oldun və təlim-məşq toplanışlarında iştirak etdin. Öncə bu barədə fikirlərini bilmək istərdik.
- Mənim üçün böyük bir şərəfdir ki, doğma şəhərimin, Zaqatalanın klubunda forma geyinirəm. Bu, ayrıca bir qürurdur. Başda prezident, klub rəhbərliyi və məşqçilərim olmaqla hər kəsə təşəkkür edirəm. İnandılar və bu şansı verdilər.

- 11 turdan sonra Premyer Liqada debüt etdin. Oyundan öncə meydana çıxacağına inanırdınmı?
- Hər dəfə ümidlə məşqçinin verəcəyi şansı gözləyirdim. Bu qarşılaşmada isə heç ağlımdan keçmirdi. Çünki oyunun gedişinə baxdıqda, bunun çətin olacağını düşünürdüm. Ancaq çox sağ olsun məşqçilər. İnandılar və özümü göstərmək üçün şans verdilər. Mən də əlimdən gələni etməyə və komandama kömək etməyə çalışdım.

- Məşqçilər oyuna daxil olmaq üçün hazırlaşmağı tapşıranda hansı hisslər keçirdin?
- Öncə onu qeyd edim ki, mənim üçün ən çox sevindirici amil Premyer Liqada ilk oynuma Zaqatalada, azarkeşlərimiz önündə meydana çıxmağım oldu. Məşqçilər çağıranda çox həyəcanlandım. Lakin meydana daxil olan vaxt bütün hisslər yox oldu. Ancaq oyun haqqında fikirləşdim. Çünki bu görüşdə qalibiyyətin vacibliyini hər kəs kimi, mən də bilirdim.

- Premyer Liqa fərqini hiss edə bildinmi?
- Əlbəttə, sürət, oyunçuların təcrübəsi baxımından hər şey çox fərqli idi. Bunu hiss etməmək qeyri-mümkündür.

- Bunun davamlı olması səndə hansı cəhətlər çatmır? 
- Davamlı olmasını çox istəyirəm. Oynamaq üçün hər şey məşqlərdən başlayır. Bunun üçün də hazırlıqlarda tam gücümlə çalışıram. İnanıram ki, məşqçinin tapşırıqlarını daha yaxşı şəkildə yerinə yetirib, mənə daha çox şans verməsi üçün inamını artıracam. İlk oyunda ən çox hiss olunan cəhətim təbii ki, təcrübəsizliyim idi.

- Oyundan sonra baş məşqçi ilə söhbətin oldumu?
- Paltardəyişmə otağında hamı kimi, məni də təbrik etdi. Ancaq oyunumla bağlı hələ fikirlərini bildirməyib.

- Yaxınlarının, azarkeşlərimizin ilk oyununla bağlı fikirləri nə oldu?
- Azarkeşlərimizə çox sağ ol demək istəyirəm. Meydana daxil olan zaman onların dəstəyini görəndə özümə inamım daha da artdı. Yaxınlarım buna görə çox sevindilər, təbrik etdilər, davamlı olmasını arzuladılar. Xüsusən əvəzedici heyətimizin məşqçilərini qeyd edərdim. Bu onların zəhmətinin bəhrəsi idi.

- Bir gün sonra bizi daha bir iddialı rəqiblə görüş gözləyir. Bu oyun haqqında nə düşünürsən?
- “Neftçi” ilə çətin oyundan sonra bizi daha bir ağır oyun gözləyir. Artıq biz qalibiyyəti unudub, bu qarşılaşma haqqında fikirləşirik. Özümüzə inanırıq. Allahın köməyilə Qəbələ səfərindəndə üç xalla qayıdarıq.

- Səncə qış fasiləsinə qədər komanda qarşısına qoyduğu məqsədə çatmaq üçün turnir cədvəlində özünü toparlaya biləcəkmi?
- Komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir. Oyunlara lazımı səviyyədə hazırlaşırıq. Qarşıdakı matçlarda ötən qarşılaşmalarda itirdiyimiz xalları sığorta etmək üçün əlimizdən gələni edəcəyik.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah