Qarabağ Fransaya nə vaxt gedir?
22 noyabr 2014 12:45
Azərbaycan çempionu "Qarabağ" noyabrın 27-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransada yerli "Sent-Etyen"in qonağı olacaq. Azerisport.az xəbər verir ki, komandamız bunun üçün ayın 25-də səfərə çıxacaq.
Ağdam klubu həmin gün saat 16:30-da çarter reysi ilə yola düşəcək. Oyundan iki gün öncə Sent-Etyenə yollanmaqda məqsəd futbolçuların yerli şəraitə uyğunlaşmasına nail olmaqdı.