Şükürov üçün 90 dəqiqə
23 noyabr 2014 00:35
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası "Karşıyaka" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Bucaspor"la qarşılaşıb. Oyun 1:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Şükürov 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Karşıyaka" hazırda 14 xalla 6-cı yerdə gedir.