Maksim Medvedev: Sent-Etyen ilə oyunda üstünlüyümüz olacaq
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
- AZAL-la oyundan nə gözləyirsiz?
- Biz güclü heyətə malik komandaya qarşı oynayacağıq. Üç xala ehtiyacımız var. Baxımlı oyun göstərməyə çalışacağıq.
- "Qarabağ" fasilədən sonra yenidən ilk pilləyə qayıtdı. Amma "Bakı" üzərindəki qələbəniz heç də asanlıqla başa gəlmədi...
- "Bakı" ilə oyunlarımız həmişə çətin keçir. Sonuncu dəfə 2:2 hesablı heç-heçəyə imza atmışdıq. Bizim üçün qeyri-münasib rəqibdi.
- Birinci hissədə "Qarabağ" özünə oxşamırdı...
- Bizim əksər oyunçularımız yığmada çıxış edir. Birgə çox məşq edə bilməmişdik. Yəqin ki, ona görə nəsə alınmadı. Amma əsas nəticədi.
- Fasilədə Qurban Qurbanov nəsə dedi?
- Xüsusi tatkiki dəyişiklik olmadı. O, sadəcə, daha diqqətli oynamağımızı istədi.
- Fransa "Sent-Etyen"i ilə Avroliqa matçından nə gözləyirsiz?
- Əlbəttə, bizim hələ pley-off şansımız var. İtiriləsi heç nəyimiz yoxdu. Fransada sakitcə öz futbolumuzu oynamalıyıq. Rəqibimiz də qrupdan çıxmaq istəyir. Bunun üçün əlindən gələni edəcək ki, bizə qol vursun. Belədə biz üstünlük qazana bilərik. Amma o oyuna hələ vaxt var.