Bədavi Hüseynov: Bizi asan oyun gözləmir
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşacaqları AZAL ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Asan oyun gözləməyə dəyməz. Biz yaxşı hazırlaşmışıq, qələbə qazanmaq istəyirik. "Bakı" ilə son oyunumuzun ardından çox söhbətlər dolaşır. Rəqibin heyətində meydana çoxlu gənc futbolçu çıxmışdı və onlar qələbə qazanmaq istəyirdilər. Ona görə də müəyyən çətinliklərlə üzləşdik. Amma ikinci hissədə qələbəni təmin etdik. Səhvlərimiz oldu, bu üzdən iki qol buraxdıq. "Bakı"nın düşərgəsində hakimlərin bizə kömək etdiyi barədə açıqlamalar verildiyindən xəbərim var. Məncə, uduzan komandalar əksər vaxt günahı hakimlərdə axtarır. Amma mən hakimlərin bizə kömək etdiyinə inanmıram. Bunlar sadəcə, boş söhbətlərdi".