Qurban Qurbanov: Səhvlər yenə də var idi
23 noyabr 2014 17:50
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İstədiyimiz 3 xalı qazana bildik. Əsas heyət oyunçularına şans verdik ki, “Sent-Etyen"lə oyundan öncə praktika çatışmazlığı olmasın. Amma səhvlər yenə də var idi. Onların üzərində işləməliyik. Reynaldo və Dias zədəlidirlər. Təəsüf ki, Fransada bizə kömək edə bilməyəcəklər. Reynaldo ancaq 10 gündən sonra oynaya biləcək”.