Sent-Etyen Qarabağla oyun öncəsi xal itirdi
23 noyabr 2014 21:30
Futbol üzrə Fransa çempionatında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"la eyni qrupda yer alan sözügedən komanda səfərdə "Nant"la qarşılaşıb.
Oyun qolsuz başa çatıb.
Qeyd edək ki, "Sent-Etyen" hazırda 23 xalla 6-cı yerdə qərarlaşıb.