Sent-Etyen - Qarabağ matçının baş hakimi açıqlandı
24 noyabr 2014 14:45
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 27-də Fransanın "Sent-Etyen" klubu ilə Azərbaycan çempionu "Qarabağ" arasındakı oyunun hakimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşmanı islandialı Kristian Yakobsen idarə edəcək.