Qarabağ Fransaya tam heyət ilə yollandı
25 noyabr 2014 15:50
"Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı "Sent-Etyen"lə oyun üçün Fransaya yollanıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu səfərə tam heyətlə gedib.
Belə ki, zədəli olan Reynaldo, Danilo Dias, Çumbinyo və İnnosent Emeqara da Sent-Etyenə yola düşüb.
Qeyd edək ki, "Sent-Etyen" - "Qarabağ" matçı noyabrın 27-də keçiriləcək və saat 00:05-də start götürəcək.