"Mümkündü ki, Robert Prosineçkinin məşqçilər korpusunda mən də yer alım"
25 noyabr 2014 16:30
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Aslan Kərimov Robert Prosineçkinin baş məşqçi postuna mümkün təyinatından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyunçu olaraq onun haqqında çox məlumat verə bilərəm. Amma məşqçi kimi o qədər də yaxşı tanımıram. Yəqin ki, AFFA onu araşdırıb, kim, necə məşqçi olduğunu yaxşı bilir. Əgər o, burada yaşasa, oyunları izləsə, əvvəlki dövrlə müqayisədə daha yaxşı olacaq. Mümkündü ki, məşqçilər korpusunda mən də olum. Prosineçki istəsə, razılaşacam".