Muarem: Sent-Etyenə uduzmaq olmaz
25 noyabr 2014 19:20
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"i ilə səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fransadakı oyun çox çətin olacaq. Bakıdakı oyunda biz qələbəyə layiq olsaq da, bu komanda ilə qolsuz heç-heçəyə razılaşmalı olduq. Bu dəfə isə "Sent-Etyen" öz meydanında oynayacaq. Azarkeşləri də rəqibi dəstəkləyəcək. Amma biz başa düşürük ki, son turdakı "İnter"lə oyunda işimizin asan olması üçün Fransadan qələbə ilə qayıtmağımız lazımdı. "Qarabağ" hər səfər oyununda xal qazanmağa çalışır. Bu dəfə də istisna deyil. "Sent-Etyen"ə uduzmaq olmaz".