Əfran İsmayılov: Bu qədər insan işsiz qaldı
26 noyabr 2014 00:50
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Əfran İsmayılov "Araz Naxçıvan"ın dağılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, Premyer Liqanın 14-cü turunda qarşılaşmalı olduqları bu komandanın yoxluğunu belə şərh edib:
"Əlbəttə, hər bir klubumuzun dağılması, özü də Premyer Liqada çıxış edən bir komandanın fəaliyyətini dayandırması Azərbaycan futbolu üçün böyük itkidi. Halbuki, mən belə bir addım atmağa dəymədiyini düşünürəm. Çünki bu qədər insan işsiz qaldı. Sadəcə, hakimlikdən narazı olmağa görə bunu etməyə dəyərdimi? Axı hakim də insandı. Bütöv bir klubu belə adi bir şeyə qurban verməyə dəyməzdi. Çempionat da belə vəziyyətə düşməzdi".