Qarabağı Fransada erməni təxribatı gözləyir
26 noyabr 2014 01:00
Azərbaycan çempionu "Qarabağ" sabah gecə saatlarında Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransada yerli "Sent-Etyen" klubunun qonağı olacaq. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu oyunda erməni təxribatı ilə üzləşə bilər.
Belə ki, Fransadakı erməni diasporunun bu oyunda təxribata əl atması gözlənilir. Matçı izləyənlər arasında ən azı 50 erməninin olması ehtimal olunur. İstisna deyil ki, onlar bu oyunda da qondarma "Dağlıq Qarabağ Respublika"sının bayrağını qaldırsınlar.