Romen Amuma: İndi bizim üçün Qarabağla oyun daha vacibdi
26 noyabr 2014 11:35
Fransanın "Sent-Etyen" klubunun yarımmüdafiəçisi Romen Amuma Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizi qarşıda çox önəmli iki oyun gözləyir - "Qarabağ"la Avroliqa və Lion "Olimpik"i ilə derbi oyunu. Amma indi bizim üçün daha vacib qarşılaşma Azərbaycan klubu ilə görüşdü. Biz öz şanslarımızdan yararlanmalı və diqqətli oynamalıyıq. Onda qələbə qazana bilərik".