Rüfət Dadaşov üçün 1 dəqiqə
26 noyabr 2014 12:43
Almaniyanın Cənub Regional Liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası - "Saarbryuken" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Homburq"la qarşılaşıb. Oyun Rüfətin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Dadaşov özü isə oyunun 89-cu dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, futbolçumuzun komandası hazırda 38 xalla 2-ci yerdə gedir.