Qarabağ son məşq və mətbuat konfransının vaxtını müəyyənləşdirdi
26 noyabr 2014 12:55
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"i ilə oyunu öncəsi keçirəcəyi mətbuat konfransı və son məşqin vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanovun bu gün Bakı vaxtı ilə 21:00-da Fransada mətbuat konfransı təşkil olunacaq.
Bundan yarım saat sonra isə komandamız son məşqə çıxacaq.