Sumqayıt AZAL-la oyunun hazırlığına başladı
26 noyabr 2014 13:55
Topaz Premyer Liqasının son turunda "Kapital Bank Arena"da "Bakı" ilə heçə-heçə (1:1) edən "Sumqayıt" bir günlük istirahəti başa vurub. Azerisport.az xəbər verir ki, komanda bu gündən etibarən Aqil Məmmədovun rəhbərliyi altında AZAL-la oyunun hazırlığına başlayıb.
"Kapital Bank Arena"da səhər məşqinə çıxan "Sumqayıt" tam heyətlə məşq edib.
Qeyd edək ki, AZAL - "Sumqayıt" oyunu noyabrın 29-da "AZAL Arena"da keçiriləcək və saat 15:00-da start götürəcək.