Qarabağ sabah daha bir məşqə çıxacaq
26 noyabr 2014 14:55
Sabah "Qarabağ" Fransada daha bir məşqə çıxacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu "Sent-Etyen"lə oyun öncəsi ənənəsinə sadiq qalaraq matç günü də hazırlıq keçməyi planlaşdırır.
Qurban Qurbanov həmin məşqi səhər saatlarına nəzərdə tutub.