Markeviç: Düşünmürəm ki, Sent-Etyen Qarabağa xal versin
26 noyabr 2014 16:05
Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Avropa Liqasının qrup mərhələsindəki rəqibləri olan Azərbaycanın "Qarabağ" və Fransanın "Sent-Etyen" komandaları arasındakı oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim vəziyyətimiz sadədi. Düşünmürəm ki, "Sent-Etyen" "Qarabağ"a xal versin. "Dnepr"in taleyi yəqin ki, fransızlarla son oyunda müəyyənləşəcək".