Fotoreportaj|Video|На русском

Futbol

İsgəndər Cavadov: İK-da mənim səsim hər şeyi həll etmir

26 noyabr 2014 17:15

Regional Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov azerisport.az saytına müsahibəsində "Qarabağ"ın Avroliqadakı "Sent Etyen"lə səfər matçı, milliyə yeni baş məşqçinin təyinatından danışıb.

- "Qarabağ"ı səfərdə "Sent-Etyen"lə çətin səfər matçı gözləyir. Komandamızın şanslarını necə qiymətləndirirsiniz?
- Azərbaycan çempionu cari mövsüm Avroliqada çox yaxşı mübarizə sərgiləyir. Fransada komandamızı çətin oyun gözləyir. Səfərdəki "Sent-Etyen" Bakıdakı komandadan tam fərqli oyun göstərəcək. Azərbaycana gələndə onlar maksimum güclərini göstərmədilər. Üstəlik, "Qarabağ"dan belə yaxşı oyun gözləmirdilər. İndi bizə qarşı daha yaxşı hazırlaşacaqlar. Bu mənada şanslar bərabərdi. "Qarabağ" artıq təcrübəyə malik komandadır. Biz futbolçularımızdan yaxşı nəticə gözləyə bilərik.

- İndiki halda komandamızın pley-offa çıxmaq imkanı da var...
- Bu barədə danışmaq tezdir. Belə fikirlərlə komandaya mane ola bilərik. Çumbinyo, Reynaldonun olmaması rəqibin xeyrinədir. Bununla belə zədəliləri əvəz edəcək futbolçuların olduğuna inanıram. İndiki halda "Qarabağ"ın cari mövsüm Avroliqada çıxışına yaxşı qiymət vermək olar. Komandamız Ukraynada qələbə qazandı. Heç bir rəqibdən çəkinmədi. Unutmayaq ki, Azərbaycan futbolu Fransadan çox geri qalır. Çempionumuz Avroliqada belə oynayırsa, buna yalnız sevinmək olar.

- Belə çıxır ki, Azərbaycan və Fransa futbolunu "Qarabağ" və "Sent Etyen"in timsalında müqayisə etmək çətindir...
- Azərbaycan və Fransa futbolunu yalnız yuxuda müqayisə etmək olar. Klublarımızın səviyyəsinə gəldikdə, "Qarabağ" Bakıdakı oyunda rəqibdən daha yaxşı oynadı. Sadəcə, Fransa təmsilçisi daha təcrübəlidir. "Qarabağ" ilk dəfə Avroliqada çıxış edir. Bu amili unutmaq olmaz.

- "Qarabağ"ın sabit çıxışının yeni mövsümdə də davam etməsi üçün nə etmək lazımdır?
- Baş məşqçi Qurban Qurbanov yaxşı komanda formalaşdırıb. Sabit çıxışı davam etdirmək üçün nə lazım olduğunu bilir. Müəyyən dəyişiklik ola bilər. Gələcəkdə heyət bir qədər də güclənməlidir. Gələn yay azarkeşlər "Qarabağ"dan yenə uğur gözləyəcək. Odur ki, komanda ümidləri doğrultmalıdır.

- Milli komandamızla bağlı danışmaq istərdik. Robert Prosineçkinin milliyə təyinatını gözləyirdinizmi?
- Azərbaycan millisində indiyə qədər iki əcnəbi çalışıb. Karlos Alberto və Berti Foqtsu nəzərdə tuturam. Bu, millidə üçüncü əcnəbi olacaq. Atalar üçdən deyib - belə bir məsəl var. Növbəti dəfə ümidlərimiz yenə əcnəbiyə bəslənəcək. Hərçənd futbolumuzdakı problemləri məşqçilərlə əlaqələndirmək düzgün deyil. Məşqçi məsələsi 50% problem ola bilər. Qalan səhvlər öz futbolumuz və futbolçularımızdadır.

- Yəni Prosineçkiylə yığma düzəlməyəcək?
- Prosineçki nə edə bilər? Əgər millidə rəqabət yoxdursa, son 2 ildə eyni futbolçular komandaya dəvət alırsa, burada məşqçilik iş yoxdur. Yeni futbolçular hazırlanmır. Uşaq futboluna diqqət azdır, üstəlik ölkə çempionatının səviyyəsi hamıya məlumdur. Milliyə futbolçu çempionatda hazırlanır. Baş məşqçi məhz klublarda seçimlərini edir. Bu gün ölkədə hazır futbolçular azdırsa, məşqçi heç nə edə bilməyəcək.

- Siz dekabrın 3-də İcraiyyə Komitəsində Prosineçkinin lehinə səs verəcəksiniz?
- Bu barədə düşünməliyəm. Hələ iclasa bir neçə gün var. Sadəcə, qərarımı qətiləşdirməmişəm. Bilmirəm, lehinə, yoxsa əleyhinə səs verəcəm. Prosineçkiylə bağlı müzakirələrə ehtiyac var. Yeni məşqçidən dərhal uğur gözləmək də real deyil. Problemlərimiz məşqçi təyinatıyla həll olunmur.

- Deməli, siz Prosineçkinin əleyhinə də səs verə bilərsiniz?
- İcraiyyə Komitəsində mənim səsim hər şeyi həll etmir. Qərarımdan asılı olmayaraq söz sahibi çoxluqdur. Digər üzvlər lehinə səs versə, Prosineçki baş məşqçi kimi təsdiqlənəcək. Mənim qərarım çox şeyi həll etmir. Amma iclasa qədər müəyyən vaxt var. Qərarımla bağlı düşünməyə ehtiyac var.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah