"AZAL üç ayın komandasıdı, Qarabağ isə Avroliqada oynayır"
AZAL-ın kapitanı Rəşad Abdullayev Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Qarabağ"a məğlub olduqları qarşılaşmanı şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"la oyunun çətin keçəcəyini bilirdik. Onlarla görüşlərimiz həmişə gərgin keçir. Ehtiyatlı oynamağa, erkən qol vurmağa çalışdıq. Amma heç nədən 10 nəfərlə qaldıq. Ardınca qol buraxdıq və uduzduq. "Qarabağ" topa daha çox nəzarət etdi. Biz yalnız son 10 dəqiqədə riskə getdik. Vəziyyəti real qiymətləndirmək lazımdı. Biz üç ayın komandasıyıq, "Qarabağ" isə Avroliqada oynayır. Həm də onlar bizdən fərqli, 11 nəfərlə oynayırdılar. Əvvəlki turda "Qəbələ" ilə oyunda da xal itirmişdik. Həmin oyunda qələbə qazansaydıq, "Qarabağ"la görüşə də fərqli motivasiya ilə çıxacaqdıq".